Əli Əsədov İbrahim Məmmədova vəzifə verdi
Kateqoriya məlum deyil
Jurnalis İbrahim Məmmədov Nazirlər Kabinetinin mətbuat katibi təyin olunub.
Sfera.az-a daxil olan məlumata görə, Baş nazir Əli Əsədov bununla bağlı bu gün sərəncam imzalayıb.
Bundan əvvəl Nazirlər Kabinetinin mətbuat katibi Ayaz Mirzəyev idi. O bu gün vəzifəsindən istefa verib.
İbrahim Məmmədov "Azadlıq” qəzeti, "Space”, ANS və ARB telekanallarında çalışıb.






