Logo

Məhəmməd-Bande Azərbaycana səfər edəcək

Məhəmməd-Bande Azərbaycana səfər edəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

BMT Baş Assambleyasının Prezidenti Tijani Məhəmməd-Bande oktyabrın 22-də Bakıda rəsmi səfərdə olacaq.

Bu barədə Sfera.az-a Assambleya Prezidentinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər Qoşulmama Hərəkatının (NAM) Dövlət və Hökumət Başçılarının Bakı Sammiti çərçivəsində baş tutacaq.

Tijani Məhəmməd-Bande səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və digər ali hökumət rəsmiləri ilə görüşlər keçirəcək.

Tijani Məhəmməd-Bandenin NAM sammiti çərçivəsində iqlim dəyişikliyi, yoxsulluq, dünyada sülh və təhlükəsizlik kimi böhran həddində olan problemlərin həll edilməsində çoxtərəfli və beynəlxalq əməkdaşlığın önəmini vurğulayacağı bildirilib.

Tijani Məhəmməd-Bande 24 oktyabrda BMT Gününü qeyd etmək üçün ADA Universitetində olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR