Gürcüstanın baş naziri sabah Azərbaycana gələcək
Kateqoriya məlum deyil
Gürcüstanın baş naziri Giorgi Qaxaria oktyabrın 9-da Azərbaycana rəsmi səfər edəcək.
Sfera.az xəbər verir ki, Azərbaycana səfər G.Qaxarianın baş nazir vəzifəsində ilk xarici səfəri olacaq.
Gürcüstanın hökumət başçısı Azərbaycanda bir sıra görüşlər keçirəcək. Görüşlərdə Gürcüstan-Azərbaycan münasibətləri və ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi ilə bağlı müzakirələr aparılacaq.
Qeyd edək ki, G.Qaxaria bu ilin sentyabrın 8-də qonşu ölkənin baş naziri təyin olunub. (report)






