Logo

DSX-nın yeni silahı: 3000 metrdən helikopteri məhv edir (FOTO)

DSX-nın yeni silahı: 3000 metrdən helikopteri məhv edir (FOTO)
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dövlət Sərhəd Xidməti Bakıda keçirilən hərbi sərgidə yeni raket kompleksini təqdim edib.

Sfera.az Trend-ə istinadla xəbər verir ki, təqdim edilən raket qurğusu "İqla" seriyasının son modelidir.

"İqla-5" adlanan raket kompleksi xüsusi hədəfalma lazer şüası ilə təchiz edilib.

Raket arxa istiqamətdə 2500 metr məsafədə təyyarəni, 3000 metrdə helikopteri asanlıqla məhv etmək gücünə qadirdir. Qarşı istiqamətdə isə qurğu təyyarəni 2000, helikopteri isə 2500 metrdə məhv edə bilir.

Raketin döyüş vəziyyətində çəkisi 18,25 kiloqramdır, uçuş sürəti isə 400-600 m/saniyədir.

Raket kompleksi Dövlət Sərhəd Xidmətinin silahlanmasına daxil edilib.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR