Logo

ETSN vəzifəli şəxsi 3000 manat cərimələyib

ETSN vəzifəli şəxsi 3000 manat cərimələyib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Novxanı çimərliyi ərazisində keçirilən növbəti reyd zamanı Sumqayıt-Novxanı bağlar massivində formalaşan tullantı sularının birbaşa dənizə axıdıldığı və mərkəzi kanalizasiya şəbəkəsinə birləşmədiyi müəyyən olunub.

ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, faktla bağlı "Azərsu”nun Bağlar su-kanal idarəsinin əraziyə cavabdeh şəxsi Məzahir Dərgahov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilib. Tullantı sularının dənizə axıdılmasının qarşısını almaq və çirkab suların kanalizasiya şəbəkəsinə yönəldilməsini təmin etmək məqsədilə Bağlar su-kanal idarəsinə icrası məcburi olan "məcburi göstəriş” verilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR