Ərdoğan Serbiyaya gedir
Kateqoriya məlum deyil
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 29-da Serbiyaya səfər edəcək.
Sfera.az yerli KİV-ə istinadən bildirir ki, Ərdoğan Serbiya Prezidenti Aleksandr Vuçiçlə birgə Belqrad-Sarayevo avtomagistralının tikintisinin açılışında iştirak edəcək.
Ərdoğanın həmçinin Serbiyanın cənubunda müsəlmanların yaşadığı Sancaq bölgəsinə gedəcəyi də bildirilir.






