Logo

Bakıda qatar taksi ilə toqquşdu: 4 sərnişin ağır yaralandı

Bakıda qatar taksi ilə toqquşdu: 4 sərnişin ağır yaralandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəzər rayonu Zirə qəsəbəsində (Qala yolu) qatarın taksi ilə toqquşması nəticəsində yaralanan 22 yaşlı qadın və 20 yaşlı kişinin vəziyyəti ağırdır.

Pərviz Abubəkirov bildirib ki, onlar 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. 33 və 38 yaşlı sərnişinlərə isə tibbi yardım göstərilib, onların həyatı üçün təhlükə yoxdur: "Qəzadan sonra bir nəfər maşından düşərək qaçıb, amma sonradan geri qayıdaraq təcili yardım həkiminə müraciət edib. Həmin şəxsə də yardım göstərilib”.

*   *   *13:18

Bu gün Bakıda, Xəzər rayonunun Zirə qəsəbəsində (Qala yolu) qatar taksi ilə toqquşub.

Qəza nəticəsində taksidə olan 4 sərnişin yaralanıb. İlkin ehtimala görə, taksi sürücüsü qatarın gəldiyini görməyib.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-un sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə bağlı təcili yardıma 12:44-də çağırış olub.

Hadisə yerinə 5 təcili yardım briqadası cəlb olunub.

Yaralıların vəziyyəti ağırdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR