Logo

Sabirabadda çoban məktub yazaraq intihar edib

Sabirabadda çoban məktub yazaraq intihar edib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən axşam Sabirabad rayonunda intihar hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, rayonun Qalağayın kəndində yaşayaın 54 yaşlı Zülfüqar Mürşüd oğlu Məmmədov özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asraq intihar edib.

Z.Məmmədovun Beyləqan rayonundan Sabirabada köçərək çobanlıqla məşğul olduğu deyilir. Onun əvvəlki həyat yoldaşı dünyasını dəyişdiyindən ikinci dəfə ailə həyatı qurubmuş. Lakin son vaxtlar içkiyə qurşandığından, bu həyat yoldaşı da çıxıb gedibmiş.

Məhz başına gələnlərə dözməyən çoban intihar edib. Onun ölümündən əvvəl yazıb qoyduğu məktubda da bunları qeyd etdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR