Logo

Azərbaycan MDB-də 5-ci oldu

Azərbaycan MDB-də 5-ci oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan ixrac həcminə görə MDB ölkələri arasında 5-ci, idxal həcminə görə 6-cı yerdə qərarlaşıb.

Sfera.az-ın Trend-ə istinadən məlumatına görə, 2019-cu ilin birinci rübündə Azərbaycan 4,5 milyard dollar məbləğində məhsul ixrac edib. İdxal məbləği isə 3,1 milyard dollara bərabər olub.

Azərbaycandan başqa yalnız iki ölkədə ticarət saldosu müsbət olub. Rusiya 104,4 milyard dollar məbləğində ixrac, 56 milyard dollar dəyərində idxal edib. Qazaxıstanda bu göstəricilər müvafiq olaraq 13,3 milyard dollar və 7 milyard dollar təşkil edib.

Bundan başqa Belarus, Özbəkistan və Ukraynanın da adları idxal həcminə görə ön sıralarda yer alıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR