Günvurma: Müraciətlərin sayı 20-ni keçdi
Kateqoriya məlum deyil
Bakıda 21 nəfəri gün vurub.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Bildirilib ki, təcili tibbi yardıma iyunda, havanın kəskin istiləşdiyi günlərdə edilən müraciətlərin sayı 20-ni keçib. Günvurma nəticəsində səhhəti pisləşənlərdən 2-si azyaşlı olub. 12 nəfər xəstəxanalara yerləşdirilib, 9 nəfərə isə ilkin tibbi yardım göstərilib.
Nazirlikdən qeyd ediblər ki, günvurmadan qorunmaq üçün maarifləndirmə aparılır, tövsiyələr verilir.






