Logo

Bakıda dəhşətli QƏZA: Lüks avtomobilin sahibi hadisə yerində öldü

Bakıda dəhşətli QƏZA: Lüks avtomobilin sahibi hadisə yerində öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı-Quba yolunda ölümlə nəticələnən qəza olub.

Sfera.az-ın məlumatına görə, hadisə mayın 11-i saat 22:50-də yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı-Quba istiqamətində hərəkətdə olan 34 yaşlı Hacıyev Elçin Yaşar oğlunun idarə etdiyi "BMW-X5" markalı avtomobil əks istiqamətdə hərəkət edən 63 yaşlı Əliyev Mehyəddin Abdulməcid oğlunun idarə etdiyi "KAMAZ" markalı avtomobillə toqquşub. Nəticədə E. Hacıyev hadisə yerində ölüb, digər sürücü M. Əliyev isə xəsarət alaraq, Siyəzən rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (lent.az)
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR