Logo

Ermənistan müxalifəti İrəvanda körpünü bağladı

Ermənistan müxalifəti İrəvanda körpünü bağladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistanın paytaxtı İrəvanda müxalifət tərəfdarları bu səhər saatlarında Kiyev körpüsünü bağlayıblar.

Sfera.az "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, aksiya iştirakçıları ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb etmək məqsədilə toplaşıblar.

İştirakçılar əraziyə bir neçə betonqarışdıran maşın və yük avtomobilləri gətirərək körpünü bağlayıblar.

Hazırda körpüdə hərəkət dayanıb, polislər maşınları yolun hərəkət hissəsindən kənara çəkməyə çalışırlar.

Bununla yanaşı, hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarını saxlamağa başlayıb.

Xatırladaq ki, Ermənistan müxalifəti aprelin 25-dən Paşinyana qarşı aksiyalar təşkil edir.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR