Azərbaycanda bir dolları 20 min manata alırlar - KÜTLƏVİ SATIŞA BAŞLANILDI
Kateqoriya məlum deyil
Son günlər 1 dollarlıq əskinaslar elan saytlarında kütləvi satışa çıxarılıb.
Sfera.az-ın məlumatına görə, müxtəlif illərdə dövriyəyə buraxılan əskinasların dəyəri 100-20 min manat arasında dəyişir.
İddialara görə, sözügedən əskinasların kütləvi satışa çıxarılmasına səbəb məşhur iş adamı İlon Maskın tviterdəki paylaşımı olub. O, 2013-cü ildə tədavülə buraxılmış bir dolları məşhur kriptovalyuta olan bitkoinlə dəyişəcəyini bildirib.
Elan saytları vasitəsilə bir dollarlıq əskinaslarını satışa çıxaran bir neçə nəfərdən bunun səbəbini soruşduq.
Məsələni şərh edən iqtisadçı-ekspert Eldəniz Əmirov deyib ki, bu tendensiyanın heç bir iqtisadi əsası yoxdur.
Ekspert hesab edir ki, bir dollarlıq əskinas az olduğundan bəzi iş adamları buna simvolik dəyər verirlər.(Xezerxeber.az)






