Logo

Zelenskidən müharibənin yeni dalğası ilə bağlı XƏBƏRDARLIQ - Nəticə nədən asılı olacaq?

Zelenskidən müharibənin yeni dalğası ilə bağlı XƏBƏRDARLIQ - Nəticə nədən asılı olacaq?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Ukraynanın şərqində və cənubunda Rusiya ilə müharibənin yeni dalğası başlayacaq, ən çətin döyüşlər olacaq”.

Sfera.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Ən çətin döyüşlərdən biri olacaq. Sadəcə bir döyüş də olmayacaq. Biz düşünürük ki, bu müharibənin yeni dalğası olacaq. Biz hansı həcmdə texnikanın olacağını bilmirik, ancaq anlayırıq ki, indikindən dəfələrlə çox olacaq. Biz ölkəmizin şərqində və cənubunda hərbi texnikanın, hərbçilərin cəmləşməsini görürük. Düşmənin gedəcəyi, demək olar ki, bütün dəhlizləri anlayırıq. Onların nə etməyə hazırlaşdığını bilirik, anlayırıq ki, tab gətirə bilib-bilməyəcəyimiz bizə ediləcək köməkdən, xüsusən də ABŞ-ın hansı sürətlə bizə silah verməsindən asılı olacaq”, - deyə V.Zelenski qeyd edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR