Logo

Sensasiyalı planın üstü açıldı: Putin bu gün Yanukoviçi "Ukrayna prezidenti" elan edəcək

Sensasiyalı planın üstü açıldı: Putin bu gün Yanukoviçi "Ukrayna prezidenti" elan edəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ukraynanın sabiq Prezidenti Viktor Yanukoviç Minskdədir, hazırda Kreml onu xüsusi əməliyyata hazırlayır.

Sfera.az xəbər verir ki, belə bir sensasiyalı iddia ilə "Ukrainskaya Pravda” nəşri Ukrayna kəşfiyyatında olan mənbəyə istinadən çıxış edib.

Mənbə bildirib ki, ssenarilərdən birinə əsasən, Yanukoviç Minskdə "Ukrayna prezidenti” elan edilə bilər.

Kəşfiyyatın əldə etdiyi məlumatda, həmçinin Kreml tərəfindən yaxın vaxtlarda sabiq Prezident Yanukoviçin Ukraynaya qayıtması və ya onun adından Ukrayna xalqına müraciətin yayılması ilə bağlı hansısa informasiya əməliyyatı və ya aksiyanın hazırlana biləcəyinə işarə edilir.

Qeyd edək ki, Rusiyanın fevralın 24-ü Ukraynaya qarşı xüsusi hərbi əməliyyat başlatmasından sonra Ukrayna mediasında Prezident Vladimir Zelenskinin öldürüləcəyi barədə məlumatlar yayılıb. /Qafqazinfo

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR