Logo

Putinin dostu bu sözləri deməsə, işdən qovulacaq - Məşhur dirijora 24 saat vaxt verildi...

Putinin dostu bu sözləri deməsə, işdən qovulacaq - Məşhur dirijora 24 saat vaxt verildi...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Putinin köhnə dostu və qızğın tərəfdarı olan 68 yaşlı dünya şöhrətli dirijor Valeri Gergiev Rusiyanın Ukraynaya hücumundan sonra Münhen Filarmonik Orkestrindəki işini itirmək üzrədir.

Sfera.az xəbər verir ki, Münhen şəhərinin meri Diter Reiter məşhur sənətkar Gergievə 24 saat vaxt verib ki, rusların işğalını açıq şəkildə pisləsin.

Gergiev bu qərara əməl etməsə, o, Münhen Filarmonik Orkestrinin dirijorluğundan qovulacaq.

Gergiev artıq son günlərdə çıxış etməli olduğu bir çox tamaşalardan uzaqlaşdırılmışdı. Lakin yaxın 24 saat ərzində Putinin aqressiyasını pisləməsə, onu daha ağır cəza gözlədiyi bildirilib.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR