Logo

Şeyx fətva verdi – Ukrayna döyüşlərində həyatını itirənlər şəhiddir

Şeyx fətva verdi – Ukrayna döyüşlərində həyatını itirənlər şəhiddir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Suriyada fəaliyyət göstərən "Nusra cəbhəsi” qruplaşmasına bağlılığı ilə tanınan Şeyx Kəhtani Rusiyanın Ukraynaya təcavüzü çərçivəsində fətva verib.

Sfera.az xəbər verir ki, Şeyxin fətvasına görə, Ukraynada olan hər hansı bir müsəlman xalis niyyətlə Rusiyanın müqavimətini qırmaq məqsədilə döyüşərək həyatını itirərsə, şəhid sayılacaq.

Şeyx Kəhtani açıqlamasında bildirib ki, bir çox İslam ölkələrində cinayətlər törədən Rusiyanın Dəməşqdə sonuncu gücünü qırmaq müsəlmanların maraqlarına uyğundur.

Qeyd edək ki, Rusiya Suriyada Əsəd rejiminə dəstək məqsədilə ölkə daxilində bir çox qruplaşmaya qarşı bombalama əməliyyatları həyata keçirib.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR