Logo

“Məqsəd Kiyevi tutmaq, ölkəni paytaxtsız qoymaqdır” - Politoloq

“Məqsəd Kiyevi tutmaq, ölkəni paytaxtsız qoymaqdır” - Politoloq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Şimalda, Hostomel Aeroportunda ağır məğlubiyyətə uğrayan, VDV elit birliklərini itirən Rusiyanın hədəfi budur: Nə olursa olsun Kiyev tutulmalı, Ukrayna paytaxtsız qalmalıdır”.

Sfera.az xəbər veri ki, bu sözləri siyasi məsələlər üzrə ekspert Turab Rzayev deyib.

Onun sözlərinə görə, Rusiya eyni vaxtda bir neçə cəbhədə eniş zolağı əldə etməyə çalışır:

"Bu həm Ukrayna ordusunun müdafiədəki diqqətini bir nöqtədə cəmləşdirməyə mane olur, həm də Rusiya ordusunun eniş zolağı əldə etmək şanslarını artırır. Eyni vaxtda, güclü hücum Kiyevin cənubundakı böyük aeroport - Vasilkev ətrafına baş verir. Hədəf əlbəttə ki, aeroportdur. Paralel güclü hücumlar mərkəzdə Kiyev Zooparkı-Şulyavka-Beresteyskaya Metro xətti, cənubda Belaya Çerkov, Dnepr çayının sol sahilində isə TEC-6 istilik elektrik stansiyası və Troiesçina ərazisidir.

Rusiya nəyin bahasına olursa olsun, Qərb vahid cəbhədə birləşmədən Kiyevi elə keçirməyə çalışır”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR