Logo

Hollandiya Ukraynaya 200 ədəd “Stinger” zenit-raket kompleksi verəcək

Hollandiya Ukraynaya 200 ədəd “Stinger” zenit-raket kompleksi verəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hollandiya hökuməti Ukraynaya 200 ədəd "Stinger” zenit-raket kompleksi verəcək.

Sfera.az xəbər verir ki, Hollandiyanın Xarici İşlər və Müdafiə nazirliklərinin ortaq yazılı açıqlamasında Ukraynanın əlavə hərbi maddi dəstək tələb etdiyi və bunun qarşılanacağı bildirilib.

Açıqlamada 200 ədəd "Stinger” zenit raketinin ən qısa zamanda Ukraynaya tədarük ediləcəyi vurğulanıb.

Məlumatda silah, radar və dəbilqə kimi müxtəlif hərbi materialların bəzilərinin bu gün göndərildiyi, digərlərinin isə ən qısa zamanda təhvil veriləcəyi qeyd olunub.

Xatırladaq ki, Hollandiya hökuməti fevralın 18-də Ukraynanı radar və dəbilqə kimi müxtəlif hərbi texnika ilə təmin edəcəyini açıqlamışdı.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR