Rusiya yapon gəmisini vurdu, yaralanan var - Foto
Kateqoriya məlum deyil
Ukrayna Müdafiə Nazirliyi dünən Yaponiya şirkətinə məxsus yük gəmisinin Qara dəniz sahilində Rusiya tərəfindən vurulduğunu açıqlayıb.
Sfera.az "CNN”ə istinadən xəbər verir ki, gəmi Yaponiyanın Ehime əyalətinin İmabari şəhərindəki bir gəmiçilik şirkətinə aiddir. Raketin Panama qeydiyyatlı "Namura Queen” yük gəmisinin arxa hissəsinə dəyib qısa müddətli yanğına səbəb olduğu bildirilib.
Şirkətdən verilən açıqlamada hamısı filippinli olan 20 ekipaj üzvündən birinin çiynindən yaralandığı, 19 nəfərin isə xilas olduğu açıqlanıb.Əzizə Zeynal






