Logo

“Ya Ukrayna məhv olacaq, ya da Putin...” – Türkiyəli politoloq

“Ya Ukrayna məhv olacaq, ya da Putin...” – Türkiyəli politoloq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Türkiyə şimalındakı müharibəyə birbaşa müdaxilə etməməli, tərəflər arasında sadəcə vasitəçi olmalıdır. Türkiyənin bu və ya başqa formada müharibəyə qoşulması türk dünyası üçün fəlakətlə nəticələnə bilər”.

Bu sözləri Sfera.az-a Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnarın Türkiyə rəhbərliyindən Çanaqqala boğazının bağlanmasını tələb etməsini şərh edərkən deyib.

Onunn sözlərinə görə, Rusiya hazırda köhnə çarlıq və SSRİ-nin imperialist siyasətini Rusiya Federasiyası timsalında davam etdirməyə çalışır:

"Kreml Ukraynanı müharibə meydanına çevirərək Qərbə və ABŞ-a gözdağı verir. Lakin bu proses özlüyündə təhlükəlidir. Real yanaşsaq, Kreml Putin rəhbərliyində çox çətin bir dövrə qədəm qoyur. Bu prosesdə ya Ukrayna məhv olacaq, ya da Putin”.

Politoloqun sözlərinə görə, Ukrayna NATO ilə koordinasiyalı hərəkət edərək bu müharibəni qazanmağa çalışacaq:

"Hesab edirəm, rəsmi Kiyevin Türkiyədən boğazları bağlamasını tələbi də bu əsasdandır. NATO proseslərə müdaxilə etsə, təşkilatın üzvü Türkiyədə öz növbəsində boğazları bağlamalıdır. Türkiyə bu savaşda çox önəmli bir mövqedədir. Rəsmi Ankaranın vasitəçiliyi vacibdir. Lakin bu da bir həqiqətdir ki, Putin hazırda başda Türkiyə olmaqla heç kəsi dinləmək niyyətində deyil”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR