Logo

Üzr videoları könüllü çəkilir? - Açıqlama

Üzr videoları könüllü çəkilir? - Açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, Manaf Ağayev  Fizuliyə qanunsuz səfər səbəbilə 15 gün müddətinə həbs olunub. Müğənninin üzr videosunun yayılmaması isə ictimai rəydə birmənalı qarşılanmadı.

Buna cavab olaraq DİN tərəfindən bildirildi ki müğənni özü və yaxınları üzr videosunun yayılmaması üçün xahiş edib.

Nəzərə alsaq ki, bundan əvvəl bu kimi əməllər törədən sıravi vətəndaşların üzr videoları yayımlanırdı, belə halın olması qanunla nə dərəcədə düzgün sayılır?

Yəni şəxs xahiş etməklə belə bir səlahiyyətə malik olurmu?

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən hüquqşünas Turan Abdullazadə üzr videolarının könüllü çəkildiyini bildirib:

"Üzr videolarının çəkilməsi yalnız könüllü əsaslarla ola bilər. Heç kim istəmədən, öz iradəsi ziddinə üzr istəyərkən video çəkilişə məruz qala bilməz. Bu günə kimi üzr videosu çəkilənlər ictimaiyyət qarşısında üzr istəmək istədikləri üçün video çəkilişə razılıq verilib. Üzr videosu yayılanlar deyə bilər ki, bizi məcbur ediblər. O zaman bunun əksini sübut edərək işgəncə və təzyiqə məruz qaldıqlarını mötəbər dəlillərlə sübut etməlidirlər. Əgər sübut edə bilmirlərsə, dediklərinin heç bir əsası yoxdur. Heç kim istəmədiyi surətdə üzr videosuna məruz qala bilməz”.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR