Avropa İttifaqı Rusiyaya bu sanksiyaları tətbiq edəcək
Kateqoriya məlum deyil
Qondarma Donetsk və Luqansk Xalq Respublikalarının tanınmasından sonra Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.
Sanksiyaların nədən ibarət olacağı hələlik rəsmi şəkildə açıqlanmayıb. Amma qeyri-rəsmi mənbələr mümkün variantların bəlli olduğunu bildirir.
Sfera.az xəbər verir ki, "Bloomberg” saytı Avropadakı mənbələrə istinadən sanksiyaların nələrdən ibarət olacağını öyrənib.
Saytın məlumatına görə, ilk növbədə qondarma respublikalara qarşı ticarət qadağası tətbiq ediləcək. Bundan başqa Rusiyanın və qondarma respublikaların bəzi şəxsləri və təşkilatları sanksiyalarla üzləşəcək, regionda hasil edilən dağ-mədən sənayesinə aid olan məhsulların ticarətinə icazə verilməyəcək.
Məlumatlardan görünür ki, Avropa İttifaqı Rusiyaya qarşı ağır sanksiyaları tətbiq etməkdə tələsməyəcək.
Vasif
Sfera.az






