İrəvandakı etiraz aksiyaları nəyə hesablanıb? - "Ermənistan istəsə də, istəməsə də..."
Bununla bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov qeyd edib ki, deputat həmkarlarının İrəvana səfər etmələrinə qarşı ermənilərin etiraz aksiyasının olacağı gözlənilən idi:
"Ona görə ki, Ermənistanda hələ də revanşist düşüncəli ermənilər mövcuddur və onlar işğal etdikləri torpaqları azad etməyimizlə razılaşmaq istəmirlər. Həm də, həmin qüvvələrin əsas məqsədi Qarabağ məsələsini daima gündəmdə saxlamaqla, Paşinyan və onun komandasına qarşı insanları qaldırmaq, yenidən hakimiyyətə qayıtmaqdır. Yəni Ermənistanda müxalifətin əsas istəyi torpaq məsələsi deyil, məqsədləri hər bir fürsətdən istifadə etməklə ölkənin ictimai-siyasi sabitliyini pozmaq və hakimiyyətə geri dönməkdir”.
Müsahibimiz bildirib ki, bu gün Ermənistanda nə baş verirsə, bu, onların öz işidir:
"Biz öz gündəliyimizi açıq şəkildə bildirmişik və Ermənistan istəsə də, istəməsə də sülh müqaviləsi də imzalanacaq, kommunikasiyalar da açılacaq. Qalib tərəf bizik və yeni reallığa uyğun gündəliyi də biz formalaşdırırıq. Ermənistan isə bizim təqdim etdiyimiz gündəliyi qəbul etməyə məcburdur”.
Xatırladaq ki, azərbaycanlı deputatlar Avronest Parlament Assambleyasının Büro və komissiyalarının iclaslarında iştirak etmək üçün ötən gün İrəvana gediblər.
Günay Rəsulqızı
Sfera.az






