Logo

“Nə vaxta qədər gözləməliyik...” – Deputat düşmən ölkə ilə əlaqələrin vacibliyindən danışdı

“Nə vaxta qədər gözləməliyik...” – Deputat düşmən ölkə ilə əlaqələrin vacibliyindən danışdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Ermənistan xalqına başa salmaq lazımdır ki, bizim məqsədimiz sülhdür”.

Bunu Sfera.az-a açıqlamasında deputat Rüfət Quliyev deyib. Millət vəkili səssiz oturub gözləməyin mənasız olduğunu da diqqətə çatdırıb:

"İstər xalq, istərsə də parlament diplomatiyasının vaxtı gəlib və bunun üçün şərait yaratmaq lazımdır. Ermənistan xalqına, parlamentinə də başa salmaq lazımdır ki, bizim yolumuz sülh yoludur. Dövlət başçısı da bu istiqamətdəki çıxışlarında dəfələrlə sülh və dinclik şəraitində qurulacaq münasibətlərə toxunub”.

"Nə vaxta qədər gözləməliyik ki, ermənilər bizimlə delimitasiya və demarkasiya məsələsində razılaşsınlar? Nə zamanadək sülh müqaviləsinin imzalanmasına razılıq verilməsini gözləməliyik? Ermənilərlə bu xüsusda işləmək lazımdır. Bunun üçün də ən yaxşı yollardan biri parlament diplomatiyası ilə əlaqələrin qurulması və zəruri addımların atılmasıdır”, - deyə parlamentari vurğulayıb.

Qeyd edək ki, sabah Ermənistanın paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasları keçiriləcək. Millət vəkilləri Soltan Məmmədov və Tahir Mirkişili də iclaslarda çıxış etmək üçün İrəvana səfər edib.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR