Bərdədə azyaşlı qız nişanlanıb? – RƏSMİ AÇIQLAMA
Sfera.az bildirir ki, bununla bağlı Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə paylaşım edib. O, bu istiqamətdə çoxsaylı müraciətlər aldığını deyib.
"Dünəndən 221 nəfər bu videonu mənə göndərib. Mənə yox, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə göndərin, onlar dərhal "nəzarətə” götürsünlər. Komitədən açıqlama olub? Bilmirsiniz? Bu qız deyilənə görə, Bərdə rayonu, Soğanverdi kəndindəndir...”, deyə AUB sədri əlavə edib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi, polis mayoru, Elşad Hacıyev isə məsələ ilə bağlı qeyd edib ki, sözügedən nişan mərasiminin Bərdə rayon Soğanverdi kəndində olması ilə bağlı iddialar yoxlanılıb:
"Lakin təsdiqini tapmayıb. Araşdırmalar davam etdirilir”.
İzləyicilərin əksəriyyəti isə, mərasimin Azərbaycanda deyil, Gürcüstanın Soğanlıq kəndində baş tutduğunu bildiriblər.
Günay Rəsulqızı






