Logo

Şou-biznes əhli Manafdan DANIŞDI – “Cəzasını çəkməlidir!”

Şou-biznes əhli Manafdan DANIŞDI – “Cəzasını çəkməlidir!”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Müğənni Manaf Ağayevin həbsi şou-biznesdə də səs-küyə səbəb olub.

Sfera.az bildirir ki, bir sıra ifaçılar Ağayevə həm dəstək olublar, həm də qınayıblar. Həmin şəxslərdən biri də Əməkdar artist Nüşabə Ələsgərlidir. Müğənni sosial media hesabından paylaşım edərək Manaf Ağayevin də,  Sənanın da  dostu olduğunu və  hər kəsə yardım etdiklərini vurğulayıb:

Şou-biznes əhli Manafdan DANIŞDI – “Cəzasını çəkməlidir!”

"Əgər bu gün bilmədən səhv edib, müvafiq icazələri olmadan işğaldan azad edilmiş ərazilərə gediblərsə, qanun nə tələb edirsə, o da olmalıdır. Füzuli həm Manafın, həm də Sənanın doğma rayonudur. Eybi yox, amma artıq söhbətlərə və şərhlərə ehtiyac yoxdur. Onlar Azərbaycan oğullarıdır. Qanun şahdır, vəssəlam. Heç kəs sevinməsin, onları sevirik, qəlbimizdədirlər. Qapıları açıq olsun".

Müğənni Afət Fərmanqızı isə, hazırda Moskvada klip çəkilişlərində olduğunu deyərək mövcud hadisə ilə bağlı fikirlərini bu cür ifadə edib:

Şou-biznes əhli Manafdan DANIŞDI – “Cəzasını çəkməlidir!”

"Xahiş edirəm, heç bir jurnalist mənə zəng etməsin. Sizi də başa düşürəm, sual verirsiniz ki, Manaf Ağayevlə yaxın dost olmusunuz. Əvvəla, Manaf Ağayevin xarakteri elədi ki, heç bir qadın müğənninin onun haqqında fikir bildirməyinə ehtiyacı yoxdur. Kimin nə səhvi varsa, baxmayaraq ki, müğənnidir, cəzasını çəkməlidir. Qanun hamı üçün qanundur”.

Ağayevin digər həmkarı Elçin Hüseynov da ona dəstək olanlar sırasında yer alıb. İfaçı izləyicilərdən şikayətlənib:

Şou-biznes əhli Manafdan DANIŞDI – “Cəzasını çəkməlidir!”

"Manaf da, Sənan da bizim düşmənimiz deyil. Azərbaycan xalqının dəyərli oğullarıdır. Neqativ rəy yazanlar, sizə ayıb olsun. İçinizdəki insanlıq hissi ölüb? Onların da ailəsi, övladları yaxınları var. Birinə bir təhqir yazanda düşünün özünüz kimsiniz? Tamam, anlayırıq ki, qanun hamı üçün qanundur. Manaf Ağayev illərin sənətkarıdır. Dövlətimizin siyasətini dəstəkləyən bir sənətkar kimi aidiyyəti orqanlardan Manaf və Sənan qardaşımızın mümkün qədər əfv olunmasını xahiş edirəm”.

Xatırladaq ki, müğənni Manaf Ağayev iş adamı Sənan Hüseynovla birlikdə doğulduğu Füzuli rayonuna şəxsi maşınıyla icazəsiz getdiyi üçün məhkəmə tərəfindən 15 sutka həbs edilib.

Türkan

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR