Yanvarda bu meyvələr kəskin bahalaşıb – Yeni qiymətlər
Kateqoriya məlum deyil
Bu ilin yanvarında bəzi əsas meyvələrin topdansatış qiymətində kəskin artım qeydə alınıb.
Sfera.az xəbər verir ki, bir ay ərzində almanın Simerenko növünün qiyməti 50 faiz, narın qiyməti 55-92 faiz, naringi 32 faiz, şabalıdən qiyməti 25 faiz yüksəlib.
Yanvarda Simerenko almasının qiyməti 50 qəpikdən 75 qəpiyə, Salyan narının qiyməti 60 qəpikdən 1 manat 15 qəpiyə, naringinin dəyəri 1,25 manatdan 1,65 manata, şabalıdın qiyməti 6 manatdan 7,5 manata qədər artıb.
Qeyd edək ki, topdansatış qiymətlərinin artması sonradan pərakəndə satış qiymətlərində də artıma səbəb olur.Vasif






