Logo

Avropa Birliyi Cənubi Qafqaz siyasətində nələri dəyişəcək? - Açıqlama

Avropa Birliyi Cənubi Qafqaz siyasətində nələri dəyişəcək? - Açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Avropa Birliyinin postmüharibə dövründə Cənubi Qafqaz siyasətini hansı məcrada dəyişəcəyi maraq doğurur. Prezident İlham Əliyev də ötən il sözügedən qurumun obyektiv vasitəçiliyinə etibar etdiyini demişdi.
 
Maraqlıdır, AB bundan sonra  Azərbaycan və Ermənistan üçün hansı mövqeni sərgiləyəcək?
 
Sfera.az xəbər verir ki, mövzu ətrafında danışan politoloq Araz Əlizadə 4 məsələnin həlli xaricində siyasət yürütməyi AB-nin uğursuzluğu ilə nəticələnəcəyini deyib:
 
"Təcrübəsi və imkanları baxımından Avropa Birliyi 44 günlük müharibədən sonrakı mərhələdə Cənubi Qafqazdakı proseslərə 4 məsələdə ciddi töhfələr verə bilər. Bunların içərisində Ermənistanın işğalçılıq siyasətinin Azərbaycan ərazisində səbəb olduğu dağıntının qiymətləndirilməsi və işğalın nəticələrinin aradan qaldırılması prosesinə maddi və texniki dəstək göstərilməsi yer alır. Eyni zamanda Azərbaycanla Ermənistan arasında sülh quruculuğu prosesinə maddi, texniki və psixoloji dəstəyi də qeyd etmək olar.
 
Ümumilikdə regiondakı sülh və əməkdaşlıq mühitinin gücləndirilməsinə, institutlaşmasına dəstək. Bunları bir kənara qoyub başqa məcralara yönəlmək bu günə qədər olduğu kimi bundan sonra da istənilən kənar gücü, o cümlədən AB-ni uğursuzluğa düçar edəcək. 44 günlük müharibə zamanı və ondan sonrakı ilk mərhələdə qüsurlu davranışları ön planda olan AB-nin hazırda daha konstruktiv davranmağa çalışdığı müşahidə edilir ki, bu da gələcək üçün ümid yaradır”.
 
Əzizə Zeynal
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR