Logo

Dünyanın ən böyük hərbi-siyasi təşkilatından Bakıya edilən zəng nələrdən xəbər verir? - ŞƏRH

Dünyanın ən böyük hərbi-siyasi təşkilatından Bakıya edilən zəng nələrdən xəbər verir? - ŞƏRH
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

NATO-nun baş katibi Yens Stoltenberq prezident İlham Əliyevə zəng edib.

Sfera.az-ın məlumatına görə, bununla bağlı danışan siyasi məsələlər üzrə ekspert Aqşin Kərimov xatırladıb ki, dünyanın ən böyük hərbi-siyasi təşkilatının ofisindən Bakıya edilən zəngin təməli Ukrayna münaqişəsinin müharibə həddinə çatdığı dövrə təsadüf edir.

"Bununla da NATO - Azərbaycan qazının Avropa bazarlarında şaxələndirilməsinin Qərb üçün hərbi-siyasi və iqtisadi üstünlük vəd edəcəyini bildirir. Rusiya-Ukrayna arasında Azərbaycanın vasitəçiliyinin əhəmiyyətli roluna diqqət çəkir,  bu işdə Azərbaycan-Türkiyə müştərək maraqlarına dəstək verir. Əliyev-Stoltenberq müzakirələrində Cənubi Qafqazdakı yeni reallıq, Ukrayna ətrafında cərəyan edən proseslər danışıqlar predmetinə daxil olub.  Azərbaycan enerji məhsulu növlərinin önəmli ixracatçısı kimi etibarlı tərəfdaş olaraq qalmaqda davam edəcək, prezident İlham Əliyev bunu bir daha bildirib”.

Siyasi şərhçi, həmçinin qeyd edib ki, Azərbaycana olan ehtiyac Bakı-İrəvan münasibətlərinin normallaşması prosesində Qərbin Ermənistanın qeyri-konstruktiv mövqeyinə qarşı cəbhədə effektiv fəaliyyətini şərtləndirir:

"Azərbaycan Ermənistanla müharibəni elə bir konfiqurasiya quraraq apardı ki, bu, Rusiyanın maraqları ilə toqquşan hala gəlmədi. Ölkəmizin Qərblə Rusiya arasında tarazlayıcı mövqedə durması Bakının önəmini artıran siyasət idi.  Eyni zamanda Azərbaycan Rusiya ilə münasibətlərini qoruyub saxlayır və bu, Qərb üçün bir təcrübədir.  Ona görə də, NATO Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün İlham Əliyevin Moskva ilə münasibətlərdəki diplomatik-siyasi təcrübəsindən bəhrələnmək istəyir”.

A.Kərimov Əliyevlə baş katibin müzakirəsinin son zamanlar Kremldən postsovet məkanına gələn təhdidlər fonunda da diqqət çəkdiyini əlavə edib:

"Əliyev-Stoltenberq arasındakı telefon danışığının perspektiv nəticəsinə gəlincə, deyə bilərik ki, Bakı ilə təmaslar davam etdiriləcək, Qərb Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində Bakının maraqlarına uyğun vasitəçilik səylərini gücləndirmək məcburiyyətində qalacaq və Ukrayna münaqişəsinin tənzimlənməsində Bakının reseptləri Qərb siyasətinin həll paketində yer alacaq”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR