Logo

Paşinyan hökuməti “casus ovu”na başladı: "Onlar Azərbaycana məlumat ötürüb" + ŞƏRH

Paşinyan hökuməti “casus ovu”na başladı: "Onlar Azərbaycana məlumat ötürüb" + ŞƏRH
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Ermənistanın Baş naziri Nikol Paşinyan siyasi, diplomatik və hərbi cəbhədə Azərbaycana məğlub olmasını əsaslandırmaq üçün "casus ovu”na çıxıb. Söhbət ondan gedir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti bir çox erməni zabitinin sosial şəbəkələrdə xarici xüsusi xidmət orqanları tərəfindən ələ alınması ehtimalı ilə 19 nəfəri saxlayıb”.

Sfera.az xəbər verir ki, bunu siyasi məsələlər üzrə ekspert Aqşin Kərimov deyib. Onun sözlərinə görə, Ermənistanın Milli Təhlükəsizlik Xidməti iddia edir ki, saxlanılan 19 erməni zabitinin bir qismi Azərbaycana işləyirmiş:

"Ermənistanın bulanıq suda balıq tutmasının arxasında postmünaqişə dövründəki məğlubiyyətlərini əsaslandırmaq cəhdləri dayanır. Ermənistanın məğlubiyyət pillələrində "uğurla” irəliləməsi Paşinyan administrasiyasında və erməni cəmiyyətində çaşqınlıq sindromunu gücləndirir. Məğlubiyyət şüuru həmişə xain axtarışları üçün bəhanə yaradan amilə çevrilir. Üstəgəl, Ermənistandakı "casus ovu” Paşinyanın gələcək üçün yeni güzəşt aktlarına imza atmasının anonsu kimi də dəyərləndirilə bilər. Yəni Paşinyan axarı kimiyyətini qorumaq və etibar qazanmaq üçün öz maraqları səmtinə çevirir”.

Ekspertin sözlərinə görə, i̇ttihamlarda göstərilir ki, erməni hərbçilər qoşunların dislokasiyası, hərbi texnikaların sayı və növləri haqqında "qarşı tərəfə” məlumatlar ötürüb:

"Azərbaycanın isə belə məlumatlara ehtiyacı yoxdur, Azərbaycan özü əlində olan texniki və hərbi vasitələrlə Ermənistan ordusunun hərəkət trayektoriyasını, silahlarını, hətta Ermənistana verilən silahlar haqqında məlumatlara malikdir. İndi Paşinyan hökuməti çıxılmaz vəziyyətə qalaraq Zəngəzur dəhlizinin açılması prosesini icra etməyə məcbur qalır. Odur ki, normallaşma prosesinə qarşı çıxan revanşist qüvvələrin müqavimətini qırmaq üçün Paşinyana "casus mövzusu" xilas kəməri kimi görünür"

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR