Qərb hücum tarixini dəqiqliklə bilir – “Putin fikrini dəyişə bilər...”
"Blumberq” informasiya agentliyinin "Canlı yayım” bölməsində "Rusiya Ukraynanı işğal edir” başlıqlı xəbər paylaşılıb. Agentlik daha sonra bir neçə ssenari üçün manşet hazırladıqlarını və "Rusiya Ukraynanı işğal edir” başlığını səhvən yayımladıqlarını bildirsə də, Kreml məsələyə sərt reaksiya verib.
Maraqlıdır, Kremlin məsələyə verdiyi sərt reaksiyanı da nəzərə alsaq Rusiyanın indiki halda Ukraynaya müharibə elan etməsi mümküdürmü?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Turab Rzayev deyib ki, Ukrayna ətrafında baş verən hadisələr müharibə fazasına yaxınlaşır:
"Ancaq Rusiya müharibəyə başlamaqdan ehtiyat edir. Rəsmi Moskva anlayır ki, geri çəkilsə də, irəli getsə də hərtərəfli itirəcək. Kreml indiki mərhələdə nə edəcəyini bilmir. Moskva Qərbə təzyiq etmək üçün Belarus sərhədində hərbi texnika yığımağa davam edir. Ukrayna sərhədində də vəziyyət eynidir. Burada da Kreml hərbi mövcudluğunu hər gün bir az da artırır. Rusiya hesab edir ki, bu, onun üçün son şans ola bilər. Çünki yanvar ayından bəri Ukraynaya 38 hərbi təyyarə, silah-sursat, hərbi texnika gətirilib. Bundan başqa Britaniya Ukraynaya 3 milyarda yaxın maliyyə yardımı sözü verib. Kreml hesab edir ki, o indiki etapda Ukraynaya müdaxilə etməsə konvensional üstünlüyünü itirəcək".
Politoloqun sözlərinə görə, hələlik Rusiya ordusu Ukraynadan güclüdür:
"Lakin Qərbin Ukraynaya silah yardımı davam etsə, bu fərq qısa müddətdə aradan qalxacaq. İndiki halda Kreml başçısı Qərbin təzyiqlərini azaltmağa çalışır. Onun bir neçə gün öncə atom silahı ilə dünyanı hədələməsi də bundan xəbər verir. Putin onsuz da etiraf edir ki, biz Qərbin modern silahlarına nəzərən zəifik. Lakin bizim də ən son ümidimiz olan nüvə silahlarımız var. İndiki halda Qərb Putinin Ukraynaya hücum etmək tarixini müəyyən edib. Buna görə də Putin son anda fikirini dəyişə bilər”.
Turan Rzayev






