“Məqsədimiz Azərbaycanla sülh müqaviləsi bağlamaqdır” - Paşinyan
Kateqoriya məlum deyil
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması üçün "danışıqlara hazırıq” deyib.
Sfera.az bildirir ki, Paşinyan "Bizim hökumətin məqsədi Azərbaycanla sülh müqaviləsi imzalamaq və Türkiyə ilə diplomatik əlaqələr qurmaqdır”, deyib.
Paşinyan həmçinin bildirib ki, Azərbaycanı Ermənistan torpaqlarından keçməklə Naxçıvan Muxtar Respublikasına birləşdirəcək dəmir yolu müqaviləsi imzalanmalıdır.
Qarabağda açılması planlaşdırılan dəmir yolunun da qanuni qeydiyyatdan keçməli olduğunu vurğulayan Ermənistanın baş naziri Bakıdan müsbət cavab alınacağı təqdirdə magistral yollarda abadlıq və tikinti işlərinə hazır olduqlarını da qeyd edib.Əzizə Zeynal






