Logo

Putin-Tokayev görüşündən sonra nələr baş verəcək? - "Rusiya halqanın bir zəncirini qoparacaq"

Putin-Tokayev görüşündən sonra nələr baş verəcək? - "Rusiya halqanın bir zəncirini qoparacaq"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Kreml sözçüsü Dmitri Peskov bu barədə açıqlamasında bildirib ki, liderlər üç əsas məsələni müzakirə edəcəklər: ikitərəfli əlaqələr, Avrasiya İqtisadi məkanındakı məsələlər və regional gərginlik.

Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov belə bir görüşün çoxdan gözlənildiyini deyib. Müsahibimizin sözlərinə görə, sadəcə Rusiyanın başı Ukrayna ətrafındakı vəziyyətə qarışdığına görə bu məsələ bir az ertələnmişdi:

"Qazaxıstandakı yanvar iğtişaşlarından sonra ölkənin siyasi həyatında ciddi dəyişiklər oldu. Doğrudur, hakim partiya dəyişmədi, Kasım-Jomərt Tokayev yenidən prezident seçildi. Bundan sonra isə bəzi nazirlər yeniləri ilə əvəzləndi. Tokayevin Qazaxıstanın qurucusu Nazarbayevə nisbətən Rusiyaya daha çox meyilli olması və həmin iki siyasətçi arasındakı fikir ayrılığı məlumdur. Yanvarda baş verənlərdən sonra Tokayevin ölkənin siyasi həyatındakı təsir gücü daha da artdı. İkinci məqam -  Qazaxıstanın Türkdilli dövlətlər təşkilatının üzvü olmasıdır. Bu, əlbəttə, Moskvanın ürəyincə deyil. Xüsusilə, adı çəkilən qurumun son vaxtlardakı fəallığı, o cümlədən Türkdilli dövlətlər təşkilatı ağsaqqallar şurası sədri Binali Yıldırımın səsləndirdiyi bəyanatlar Kremli narahat etməmiş deyil”.

K.Novruz qeyd edib ki, bu baxımdan  Rusiya "halqanın bir zəncirini qoparmaq", ardınca isə bu prosesin davamını gətirmək barədə düşünür:

"Bu günkü görüşdə Putin Tokayevə müəyyən göstərişlər verə bilər. Qazaxıstanın yaxın gələcəkdəki xarici siyasətində həmin "komanda"ların nədən ibarət olduğunu görəcəyik.  Putinin istədiyi Qazaxıstandakı təsir gücünün artması və buna paralel olaraq Ərdoğanın təsir gücünün azalmasıdır. Odur ki, onsuz da Rusiya meyilli olan Tokayevin manevr imkanlarını daha da məhdudlaşdırmaq, onu daha çox özündən asılı hala salmaq üçün  yazılı və ya şifahi razılıqların  əldə olunması mümkündür. Rusiya Mərkəzi Asiya üzərindəki nəzarətini gücləndirməyə Qazaxıstandan başladı. Lakin gələcəkdə oxşar ssenarinin digər Orta Asiya dövlətləri, o cümlədən Tacikistan, Özbəkistan üzərində təkrarlanması istisna deyil”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR