Logo

Rusiya XİN-dən 8 erməninin geri qaytarılmasına reaksiya

Rusiya XİN-dən 8 erməninin geri qaytarılmasına reaksiya
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Fevralın 7-də Azərbaycanın 8 erməni hərbçisini Ermənistana təhvil verməsini alqışlayırıq. Ermənistan-Azərbaycan münasibətlərindəki problemli məsələnin tezliklə aradan qaldırılması və məhbusların "hamı üçün” formuluna uyğun olaraq mübadiləsinin başa çatdırılması vacibdir.

Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

O qeyd edib ki, 2020-ci il dekabrın 2-də Rusiya sülhməramlılarının vasitəçiliyi ilə ümumilikdə 146 nəfər geri qaytarılıb:

"127 hərbi əsir Ermənistan tərəfinə, 19 nəfər isə Azərbaycan tərəfinə qaytarılıb. Təbii ki, biz münaqişə zamanı itkin düşənlərin taleyinə aydınlıq gətirmək üçün səy göstərməyi mühüm hesab edirik”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR