Logo

Rusiyanın “pasport oyunu”: “Bu, Azərbaycan üçün təhlükə deməkdir”

Rusiyanın “pasport oyunu”: “Bu, Azərbaycan üçün təhlükə deməkdir”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Rusiya Qarabağda separatçıların rəhbərliyinə və burada təsis etdiyi qondarma rus icmasına Rusiya pasportu verib - Arayik Arutunyan, David Babayan, Vitali Balasanyan həm də Rusiya vətəndaşıdır.

Maraqlıdır, Rusiyanın təsis etdiyi qondarma rus icması Azərbaycan üçün hansı təhlükələr yarada bilər? Bu istiqamətdə hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov bildirib ki, Rusiyanın müstəqil dövlətlərə qarşı orada yaşayan rus icmasından təzyiq vasitəsi kimi istifadə etməsi haqqında çoxlu sayda misallar var:

"Bu və ya digər dövlətə qarşı təzyiq vasitələri tükəndikdə, Rusiya rus icmasından alət kimi istifadə edir. Amma bu çox zaman həqiqətən rus dilində danışan və rus millətindən təşkil olunan icma mövcud olduqda daha effektli təsir bağışlayır. Bu gün Krımda, Donetsk və Luhanskda baş verən hadisələr Rusiyanın bu siyasəti uğurla həyata keçirməsinin əyani sübutu kimi təqdim oluna bilər. Sözügedən ölkənin Qarabağın ermənilər yaşayan ərazisində rus icmasıının təşkil olunması istiqamətində atdığı addımlar onun uzaq gedən siyasətindən xəbər verir”.

Müsahibimiz qeyd edib ki, Rusiyanın sadəcə ermənilərdən ibarət rus icmasını təşkil etməsi onun istədiyi nəticəni verməyəcək:

"Çünki Rusiya yalnız ermənilərdən təşkil olunmuş rus icması ilə Azərbaycana təzyiq vasitəsi kimi uğurla istifadə edə bilməz. Amma istənilən halda, əgər belə hal mövcuddursa və Rusiya qarşısına məqsəd qoymuşsa, bu, Azərbaycan üçün yaxın gələcəkdə təhlükə vəd edir. Azərbaycan Rusiyanın bu addımının qarşısını vaxtında almaq üçün tədbir görməli və Rusiyanın bu cəhdlinin qarşısını almalıdır. O cümlədən, Qarabağ ermənilərindən ibarət rus icmasının formalaşmasına imkan verməməlidir”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR