Logo

"Biz gözləyirik, sonra Ermənistanla bağlı seçimimizi edəcəyik" – Tofiq Zülfüqarovla VİDEOMÜSAHİBƏ

"Biz gözləyirik, sonra Ermənistanla bağlı seçimimizi edəcəyik" – Tofiq Zülfüqarovla VİDEOMÜSAHİBƏ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bloqqer Emin Millinin aparıcısı olduğu "Daha Yaxşı” Youtube kanalı Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovdan müsahibə götürüb. Müsahibədə keçmiş nazir Ukrayna ətrafında yaranan gərginlik, Azərbaycan və Ermənistan arasında aparılan danışıqların hazırkı vəziyyəti ilə bağlı sualları cavablandırıb.

Sfera.az xəbər verir ki, T.Zülfüqarovun fikrincə Ukrayna ətrafında yaranan situasiya qlobal siyasi prosesin tərkib hissəsidir, onun əlamətidir: "Baş verən hadisələrin təhlili göstərir ki, yaranmış vəziyyət əslində ABŞ-la Çin arasında olan rəqabətin, barışmazlığın nəticəsidir.

ABŞ administrasiyanın rəsmiləri açıq şəkildə bəyan edir ki, qlobal məkanda onların əsas rəqibi Çindir. Hamı bilir ki, yaxın illərdə dünyanın əsas gündəmi iki böyük dövlətin rəqabəti, qarşıdurması olacaq. Bu rəqabətin necə inkişaf edəcəyi, hansı nəticələr verəcəyini zaman göstərəcək, indidən onunla bağlı qəti fikirlər söyləmək çətindir.

Burada əsas məsələlərdən biri bu rəqabətdə Rusiyanın hansı tərəfdə mövqe tutması olacaq. Böyük rəqabət mühitində Rusiya ilə bağlı 2 variant gözlənilir: Rusiya ya bu iki dövlətdən birinin yanında yer alacaq, ya da neytral mövqe tutacaq”.

T.Zülfüqarov düşünür ki, Rusiya yaranmış vəziyyətdə öz mənafeyini güdür. Onun qənaətincə, rəsmi Moskva vəziyyətdən istifadə edərək Qərbin Rusiya sərhəddindən uzaqlaşdırılmasına, sərhədlərə yaxın ərazilərdə zərbə raketlərinin yerləşdirilməsinin qarşısını almağa nail olmaq istəyir.

O, NATO ilə Rusiya arasında yaranan gərginliyin hərbi yolla həllinin mümkün olmadığını dedi. Keçmiş nazir əmindir ki, bunu həm Qərb, həm də Rusiya yaxşı anlayır: "Sadəcə olaraq Rusiya vəziyyətdən istifadə edərək ABŞ-dan və digər aparıcı Qərb ölkələrindən zərbə raketlərinin onun sərhəddindən uzaqlaşdırılması ilə bağlı təminat almaq istəyir. Bu raketlər ortamənzilli raketlərdir və onların bəziləri nüvə başlığı daşımaq imkanına sahibdir.

Qərb də Rusiyanın davranışları ilə bağlı aydın və dəqiq öhdəlik almaq istəyir. Bütün danışıqlar da bu istiqamətdə gedir və vəziyyət razılaşmaların səviyyəsindən asılı olacaq”.

Ermənistan Azərbaycan münasibətlərinə toxunan T.Zülfüqarov Ermənistanda hələ də revanşist əhval-ruhiyyənin qaldığını, amma bu düşüncənin onlara yalnız zərər verəcəyini qeyd edib. Keçmiş nazir hesab edir ki, Azərbaycan və Türkiyənin regionda yaratdığı yeni əməkdaşlıq mühiti Ermənistanın qarşısında Azərbaycanla münasibətləri normallaşdırmaqdan başqa yol qoymur:

"Bunu Paşinyan da yaxşı başa düşür. O anlayır ki, vəziyyəti Ermənistanın istədiyi istiqamətə dəyişmək şansı yoxdur və gələcəkdə də olmayacaq.

Amma hələlik Paşinyan diqqətini ölkədaxili məsələlərə yönəldib, iqtidarını gücləndirmək üçün Konstitutsiya islahatı aparmaq istəyir. Buna görə də Ermənistan tərəfdən ara-sıra populist bəyanatlar eşidilir.

Lakin reallıq dəyişmir, Azərbaycan işğaldan azad edilən ərazilərdə hər keçən gün bir qədər də möhkəmlənir, qeyri-müəyyənlik davam etdikcə Qarabağın anklav ərazisində qalan erməni əhalisi tədricən azalır. Buna görə də ermənilər illüziyalardan qurtulmalıdırlar. Belə davam edərsə, Ermənistan əhalisi də azalacaq.

Biz gözləyirik, sonra öz seçimimizi edəcəyik. Ermənistan kardinal şəkildə dəyişikliyə getməsə, əgər yenə də Azərbaycanın bir hissəsini ilhaq etməyə çalışsa, onlar üçün pis nəticələr olacaq”.
 
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR