Logo

Azərbaycan Ukraynadakı vətəndaşlarını geri çağıra bilərmi? - Deputatdan AÇIQLAMA

Azərbaycan Ukraynadakı vətəndaşlarını geri çağıra bilərmi? - Deputatdan AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Avropanın düz mərkəzində heç kim müharibə açmaq istəməz. Hibrid formada müharibə gedə bilər, lakin silahlı müharibənin başlaması ağılabatan deyil”.

Bunu Sfera.az-a açıqlamasında deputat Rüfət Quliyev deyib. Millət vəkili digər ölkələr kimi Azərbaycanın Ukraynada yaşayan vətəndaşlarını müharibə ilə əlaqədar geri çağıra bilməsi ehtimalına münasibət bildirib:

Azərbaycan Ukraynadakı vətəndaşlarını geri çağıra bilərmi? - Deputatdan AÇIQLAMA

"Bundan qabaq ABŞ, Böyük Britaniya kimi ölkələrin öz vətəndaşlarını Ukraynadan geri çağırması odun içərisinə köz atmaq kimi bir şeydir. Onlar belə etməklə beynəlxalq vəziyyəti daha da kəskinləşdirmək niyyətindədirlər. Azərbaycanın Xarici  İşlər Nazirliyi tərəfindən bizim səfirliyə geri çağırılmaqla bağlı tapşırığın veriləcəyini gözləmirəm. Son 20-30 ildə dünyada lokal müharibələr, müharibə situasiyasını yaratmaq, insanları qorxutmaq kimi xoşagəlməz hallar var. Mən bu kontekstdə Avropa ölkələri ilə Rusiya münasibətlərini nəzərdə tuturam. Bu, xoşagələn hal deyil. Hər bir situasiyada diplomatik yolla məsələləri həll etmək lazımdır. Biz Ukraynanın müstəqilliyinin tam bərpasını dəstəkləyirik və zamanı ilə Ukrayna da bizə dəstək olub. İstənilən halda ritorikalı davranışlar sərgiləməyi və açıqlama verməyi mən vətəndaş olaraq belə normal saymıram”.

Deputat Rusiya-Fransa prezidentlərinin görüşünün müsbət nəticələrinin olacağını da deyib:

"Ötən gün Fransa və Rusiya prezidentləri arasında baş tutmuş görüşdən sonra Avropa ölkələri ilə Rusiya arasındakı əlaqələrdə yumuşalma gözlənilir. Qərbin Ukraynadakı səfirliklərindən diplomatlarını geri çağırılmasını siyasi oyun kimi dəyərləndirirəm. Qardaş Türkiyə dövlətinin regionda aktivləşməsi barışığın olmasında mühüm amildir.

İstənilən müharibə insan tələfatından başqa, böyük  iqtisadi itkilərə gətirib çıxarır. Belə ki, beynəlxalq iqtisadi münasibətlər pozulur, daxildə sahibkarlar müflis olur. İndiki iqtisadi durumda isə hansısa ölkə müharibə ehtimalının reallaşmasını istəmir”.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR