Əri və qardaşı Türkiyəyə qaçan iranlı qadının başını kəsdi
Kateqoriya məlum deyil
Ərinin zorakılığından xilas olmaq üçün Türkiyəyə qaçan qadın əri tərəfindən tapılaraq İrana aparılıb.
Sfera.az xəbər xarici KİV-ə istinadən verir ki, əlində arvadının kəsilmiş başı ilə poza verən kişinin görüntüsü sosial şəbəkədə hiddət yaradıb.
Fevralın 5-də İranın Xuzistan əyalətinin paytaxtı Əhvaz şəhərinin Kəsai meydanında bir kişi əlində arvadının kəsilmiş başı ilə şəkil çəkdirib. Sosial şəbəkədə paylaşılan görüntülərdə kişinin bir əlində arvadının başını, digər əlində bıçaq tutduğu görülüb.
Öldürülən 17 yaşlı qadının ərinin zorakılığından qurtulmaq üçün Türkiyəyə qaçdığı, lakin kişinin onu Türkiyədə taparaq İrana apararaq başını kəsdiyi öyrənilib. Əri qadının qardaşının köməyi ilə qadını evə gətirərək, başını kəsib.
Qatil ər və qadının qardaşı hadisədən sonra yerli polis tərəfindən həbs edilib. Polis öldürülən qadının meyitini evində tapıb.Əzizə Zeynal






