Mariya Zaxarova bu suala əsəbləşdi: “Telefon zənginin nə əlaqəsi var?”
Kateqoriya məlum deyil
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) silahlı qüvvələrinin Qazaxıstanı qısa zamanda tərk etməsi ilə bağlı yeni iddia ortaya çıxıb. Həmin iddiaya görə, KTMT Qazaxıstanı Çinin təzyiqlərindən sonra tərk edib.
Sfera.az bildirir ki, səsləndirilən ehtimalla bağlı "Exo Moskvı” radiosunun jurnalisti Rusiya Xarici İşlər Nazirliyinin mətbuat sözçüsü Mariya Zaxarovaya sual ünvanlayıb.
Sual Mariya Zaxarovanı özündən çıxarıb və o, həm "Exo Moskvı” radiosunu, həm də Rusiyadakı liberalları təhqir edib.
"Çin KTMT üzvü deyil, Çin qərara təsir edə bilməzdi” deyən Zaxarova bildirib ki, KTMT qüvvələrinin Qazaxıstandan çıxarılması ilə eyni günlərdə xarici işlər naziri Sergey Lavrovun çinli həmkarı ilə telefon danışığı arasında heç bir əlaqə yoxdur.Xatırladaq ki, KTMT qüvvələri Qazaxıstana bu ilin yanvarın 6-da daxil olmuş, 11 gün sonra isə ölkəni tərk etmişdi.
Turan Rzayev






