Makron Rusiya və Ukraynaya rəsmi səfər edəcək
Kateqoriya məlum deyil
Ukrayna-Rusiya böhranının diplomatik həlli üçün liderlərin təşəbbüsləri davam edir.
Sfera.az xəbər verir ki, Yelisey Sarayından verilən açıqlamada Fransa prezidenti Emmanuel Makronun fevralın 7-də Rusiyaya, 8-də isə Ukraynaya gedəcəyi bildirilib.
Qeyd edək ki, yanvarın 28-də və 31-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı edən Makron Rusiya-Ukrayna sərhədində gərginləşən böhrana diplomatik həll yolu tapmaq üçün Rusiyaya getmə variantını nəzərdən qaçırmayacağını bildirib.
O, dünən Ukrayna prezidenti Vladimir Zelenski ilə də telefonla danışıb.Əzizə Zeynal






