Logo

Bu gün Saakaşvilinin məhkəməsi olacaq

Bu gün Saakaşvilinin məhkəməsi olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin növbəti məhkəmə prosesi keçiriləcək.

Sfera.az "İnterpressnews”a istinadən xəbər verir ki, məhkəmə Tbilisi Şəhər Məhkəməsində saat 11:00-a təyin olunub.

Proses Saakaşvilinin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı cinayət işi üzrə olacaq.

Saakaşvilinin məhkəmədə iştirak edəcəyi gözlənilir.

Bununla yanaşı, məhkəmənin həyətində eks-Prezidentə dəstək aksiyasının keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, M.Saakaşvilinin Gürcüstan sərhədini qanunsuz keçməsi ilə bağlı araşdırma ötən il oktyabrın 1-i başlanılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR