Logo

Rusiya Ukraynaya qarşı 100 minlik qoşun toplayıb - 30 ilin ən böyük rekordu

Rusiya Ukraynaya qarşı 100 minlik qoşun toplayıb - 30 ilin ən böyük rekordu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın Ukrayna ətrafına 100 min nəfərdən ibarət qoşun yerləşdirdiyini açılayıb.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, NATO rəsmisi son iki gündə Rusiyanın Belarusiyaya da əhəmiyyətli sayda hərbi qüvvələri yerləşdirdiyini müşahidə etdiklərini deyib.

Rusiyanın son addımı ilə formalaşan hərbi qüvvə və sursat yığını son 30 ilin ən böyüyüdür. Son vəziyyətə görə, Rusiyanın Ukraynanın şimal və cənub sərhədlərində artıq 100 min əsgəri var. Bu qədər çoxluq həm də Rusiyanın işğalı ehtimalını və qorxusunu gücləndirir.

Mütəxəssislər qeyd edirlər ki, bu vəziyytə 2014-cü ildəki işğala çox bənzəyir.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR