Logo

Müharibə bu iki ölkənin iqtisadiyyatını çökdürəcək – Şərh

Müharibə bu iki ölkənin iqtisadiyyatını çökdürəcək – Şərh
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Rusiya Ukraynaya hərbi müdaxilə etsə, hər iki ölkənin verəcəyi canlı itkilərlə yanaşı, iqtisadiyyatları da bərbad günə düşəcək. Son bir ayda müharibə haqqında söz-söhbətin özü belə Ukrayna və Rusiya iqtisadiyyatına böyük zərər vurub”.

Sfera.az bildirir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, Kiyevin hesablamalarına görə, gərginlik fonunda təxminən 12 milyard dollar kapital Ukraynadan çıxarılıb. Ukrayna Prezidenti Vladimir Zelenskinin sözlərinə görə, Ukrayna iqtisadiyyatını canlandırmaq üçün ən azı 5 milyard dollar lazımdır:

"Rusiyada isə rubl və fond birjalarında şirkətlərinin səhmləri sürətlə dəyərdən düşür, kapital ölkəni tərk edir. Müharibə söhbətləri bir neçə ay da davam etsə, hər iki ölkənin iqtisadiyyatı bundan da çox itirəcək. Ukraynaya əl tutan ölkələr var, Rusiya isə heç yerdən maliyyə cəlb edə bilməyəcək, əlindəki rezervləri xərcləməkdə davam edəcək. Əlbəttə müharibə söz-söhbəti, enerji resurslarının qiymətlərini artırıb və Rusiya satdığı neft və qaza görə gəlirlərini bir müddət artıra bilər. Ancaq bu müvəqqəti hal daşıya bilər. İnflyasiya gəlirləri sömürəcək”.

Politoloqun sözlərinə görə, Vladimir Zelenski Qərb ölkələrində müharibədən çox danışılmasının Ukrayna iqtisadiyyatına mənfi təsirini artırdığını vurğulayıb:

"Vaşinqtonun isə Zelenskinin iradına cavabı belədir: "müharibə təhlükəsi azdırsa bizdən daima niyə hərbi texnika istəyirsiniz?”.  Kiyevin başqa alternativimi var? Zelenski bildirib ki, müharibə başlasa heç bir dövlət Ukraynaya silahlı qüvvələrini göndərməyəcək. Haqlıdır. Vaşinqton və Brüssel kənardan seyr edəcək. Ona görə də Zelenski heç olmasa Qərb ölkələrindən gərəkli lazımi hərbi texnika almağa çalışır. Ukrayna prezidenti müharibəyə hazırlaşmaqla yanaşı, ağır duruma düşən iqtisadiyyatını da düşünmək məcburiyyətindədir. Vaşinqton Rusiyanı iqtisadi baxımdan çökdürmək planını işə salıb. Ancaq Kiyev bu planın icrasının Ukrayna iqtisadiyyatına zərər verməməsini istəyir”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR