Logo

“Kreml sərhədlərin delimitasya və demarkasiya prosesinə qarışmasa yaxşıdır” – Şərh

“Kreml sərhədlərin delimitasya və demarkasiya prosesinə qarışmasa yaxşıdır” – Şərh
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Ermənistanla sərhədlərin delimitasiya və demarkasiya prosesi uzana bilər. Məsələ ondadır ki, Rusiyanın prosesləri tam mənasında həll edəcəyi inandırıcı deyil. Kreml üçün əsas olan keçmiş sovet ölkələri arasında gərginliyin daimi olmasıdır”.

Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Qabil Hüseynli Ermənistanla Azərbaycan arasında sərhədlərin demlimitasiya və demarkasiya prosesində son vəziyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, bu gün Rusiya sərhədlərin delimitasiya və demarkasiyasında maraqlı görünə bilər, lakin bu heç də belə deyil:

"Hesab edirəm, bunun ən gözəl nümunəsi Tacikistan-Qırğızıstan sərhədində baş verən son hadisələrdir. Məsələ ondadır ki, Tacikistanla Qırğızıstan arasındakı sərhədin ümumi uzunluğu təxminən 950 km-dir. Sovet İttifaqının dağılmasından sonra iki ölkənin sərhədində onlarla mübahisəli ərazi qalıb. Hazırda sərhədin delimitasiyası və demarkasiyası prosesində sərhəddən keçən xəttin 550 km-ə yaxını artıq təsvir edilib. Təsəvvür edin, 30 ildən artıq müddət keçsə də 950 km-lik sərhədin cəmi 550 km təsvir edilib.

Azərbaycan 30 il sonra torpaqlarını işğaldan azad etdi. Əgər Kremlin delimitasiya və demarkasiya prosesində də tərəfləri ləngitsə yəqin ki, bir 30 il də bu prosesə vaxt sərf etməli olacağıq. Proseslərə Türkiyəni də cəlb etməli, beləcə Kremlin prosesi ləngitməsiyinin qarşısını almalıyıq”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR