Logo

“Rusiyanın Krımı ilhaq etməsinin günahkarı bu ölkələrdir...” – Şərh

“Rusiyanın Krımı ilhaq etməsinin günahkarı bu ölkələrdir...” – Şərh
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"5 dekabr 1994-cü ildə ABŞ, Rusiya və Böyük Britaniyanın iştırakı ilə Ukrayna, Qazaxıstan və Belarusda SSRİ-dən qalan nüvə silahlarının məhv edilməsi, yaxud Rusiyaya qaytarılma prosesi barədə memorandum imzalandı. Bu memorandumun şərtlərinə əsasən sözügedən üç dövlət (Ukrayna, Qazaxıstan və Belarus) 1996-cı ilə qədər öhdəliklərini yerinə yetirməli, əvəzində isə digər üç dövlət (ABŞ, Rusiya və Böyük Britaniya) təhlükəsizliklərinə təminat verirlər”.

Bu sözləri Sfera.az-a Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi sədri Samir Hümbətov deyib.

Onun sözlərinə görə, 1996-cı ildə Ukrayna, Qazaxıstan və Belarus üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirdi:

"2014-cü ildə Rusiya Krımı ilhaq edərək 1994-cü ildə imzalanmış Budapeşt memorandumunun şərtlərini kobud şəkildə pozmuş oldu. Əlbəttə ki, burada sual oluna bilər ki, memorandumun şərtlərini təkcə Rusiyamı pozdu? Fikrimcə, xeyir. Burada həm ABŞ, həm də Böyük Britaniya şərtləri pozmuş oldu. Yəni ABŞ və Böyük Britaniya üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməkdən imtina etmiş oldular. Ona görə ki, Rusiya Krımı ilhaq edərkən nə ABŞ, nə də Böyük Britaniya bu məsələnin üstünə getmədi və Rusiyaya qarşı ciddi tədbirlər görmədi. Məhz buna görədir ki, bu gün Ukraynanın şərqində Rusiyanın dəstək verdiyi separatçı Donetsk və Luqansk respublikaları fəaliyyət göstərir. Eyni zamanda Ukrayna ərazi bütövlüyü kobud şəkildə pozulur”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR