Logo

İsrailin baş naziri İranı təhdid etdi: "Başını kəsəcəyik..."

İsrailin baş naziri İranı təhdid etdi: "Başını kəsəcəyik..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İsrailin baş naziri Naftali Bennet Tehrana qarşı tətbiq etdikləri strategiyaya son vermək qərarına gəldiklərini açıqlayıb.

Sfera.az xəbər verir ki, İsraildə hökumətin formalaşmasından 7 ay sonra yerli mətbuata açıqlama verən Naftali Bennet "Başı Tehranda olan İran osminoqu şimalda "Hizbullah”, Qəzzada "İslami Cihad”, Suriya sərhədindəki şiə silahlı qruplaşmaları ilə İraq, Yəmən və Liviyadan İsraili mühasirəyə alıb. Bu osminoqun qollarını yox, başını kəsəcəyik”,- deyə söyləyib.

İranın dəstək verdiyi qruplaşmalarla İsraili vurduğunu, lakin İsrailin indiyədək bunlara qarşı səssiz qaldığını bildirən nazir artıq İranı zəiflətmək üçün hər formada çalışdıqlarını açıqlayıb.

Jurnalistlərin hökumətin İrana müharibə elan edib-etməyəcəyi ilə bağlı sualına Naftali Bennett "İstənilən vəziyyətə hazır olmalıyıq”, deyə cavab verib.

O, İsrail hökumətinin ordunu gücləndirmək və ən yaxşı silahlarla təchiz etmək üçün əhəmiyyətli miqdarda büdcə ayırdığını və İranın çox zəif vəziyyətdə olduğunu sözlərinə əlavə edib.

İranın ABŞ və Qərb dövlətləri ilə maliyyə əldə edərək rejimi gücləndirmək məqsədilə Vyanada danışıqlar masasına oturduğunu deyən N. Bennet İsrailin İranla probleminin təkcə nüvə danışıqlarını deyil, həm də Tehranın bölgədə başlatdığı müharibələri də əhatə etdiyini vurğulayıb.

Nazir İsrailin amerikalıları və dünyanı Tehranla razılaşmanın təhlükələri barədə xəbərdar etdiyini, nüvə razılaşmasının hissəsi olmadıqlarını və İsrailin istənilən halda tam fəaliyyət azadlığını qoruyacağını diqqətə çatdırıb.

Əzizə Zeynal
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR