“ABŞ konqresmenləri bu mövzunu yaxşı bilmir” - Peskov
Rusiya prezidentinin mәtbuat katibi Dmitri Peskov paytaxt Moskvada jurnalistlərə cari məsələlərlə bağlı açıqlamalar verib.
Sfer.az xəbər verir ki, ABŞ Konqresi və Senat üzvlərinin Rusiya rəsmilərinin mal varlıqlarını dondurmaqla təhdid etdiklərinə diqqət çəkən Peskov bunun mümkünsüz olduğunu deyib:
"Mövzunu tam bilməyən ABŞ konqres üzvləri və senatorlar Rusiya administrasiyasının nümayəndələrinin bank hesablarının, daşınmaz əmlaklarının dondurulmasından danışırlar. Bu o deməkdir ki, onların bu barədə kifayət qədər məlumatı yoxdur. Bu hərəkət yüksək vəzifəli məmurlar üçün zərbə deyil. Bu, siyasi baxımdan dağıdıcıdır”.
Peskov Rusiya prezidenti Vladimir Putinin maaşının "Rossiya” bankındakı hesabına yatırıldığını və bu banka qarşı sanksiyaların tətbiq olunduğunu da deyib.Ukraynanın şərqi ilə bağlı məsələyə də toxunan Peskov Normandiya formatı (Rusiya, Almaniya, Fransa və Ukrayna) ölkələrinin liderlərinin müavinlərinin bu məsələni müzakirə edəcəklərini qeyd edib.
Bu görüşün nəticəyönümlü olacağı ümidini bölüşən Peskov qeyd edib ki, Putin 2014-cü ildə rusiyayönlü separatçılar tərəfindən elan edilən qondarma Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasının nümayəndələri ilə telefon danışığı etməyi planlaşdırmır.Əzizə Zeynal






