Logo

ABŞ Ukraynaya görə qoşunlarını yüksək hazırlıq səviyyəsinə gətirdi

ABŞ Ukraynaya görə qoşunlarını yüksək hazırlıq səviyyəsinə gətirdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar olaraq ABŞ öz ərazisində və xarici ölkələrdəki qoşunlarının hazırlıq səviyyəsini artırır.

Sfera.az  xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Müdafiə Nazirliyinin rəsmi sözçüsü Con Kirbi açıqlayıb.

Onun sözlərinə görə, Pentaqon rəhbəri Lloyd Ostin, həmçinin ABŞ-da bəzi hərbi hissələri Avropaya göndərilmək üçün yüksək hazırlıq səviyyəsinə gətirib.

Burada söhbət 8500 nəfərlik kontingentdən gedir.

C. Kirbi hərbçilərin Avropaya göndərilməsi barədə hələ ki, qərar qəbul edilmədiyini sözlərinə əlavə edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR