Logo

Karantin müddəti niyə 7 günə qədər azaldıldı? – AÇIQLAMA

Karantin müddəti niyə 7 günə qədər azaldıldı? – AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda bu gündən etibarən test nəticəsi pozitiv çıxanların və onlarla təmasda olmuş şəxslərin təcrid (karantin) müddəti 14 gündən 7 günə qədər azaldılıb.

Maraqlıdır, karantin müddətinin 1 həftəyə endirilməsinin səbəbi nədir?

Sfera.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, Mərkəzin baş infeksionisti Fərrux Sədirov bildirib ki, hazırda əksər dünya ölkələrində karantin müddəti 7 günə endirilib:

"Son tədqiqatların nəticələri göstərir ki, xəstəliyin həm inkubasiya dövrü, həm də yoluxdurma müddəti 6-7 gün çəkir. Bu müddətdən sonra isə xəstə digərlərini yoluxdurmur. Xatırlatmaq istəyirəm ki, bundan əvvəl də Amerikada xəstəliyi yüngül formalarda keçirənlərin karantin müddəti 7-10 gün, ağır formada keçirənlərin isə 14-21 gün idi”.

F.Sədirov əlavə edib ki, yeni qərarın verilməsi "Omicron” ştamı ilə əlaqədardır: "Düşünürəm ki, karantin müddətinin azaldılması düzgün addımdır”.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR